​Fuad Muradov: "Bakı bu marafonla şəhərlər arasına öz imzasını atacaq"

​Fuad Muradov: "Bakı bu marafonla şəhərlər arasına öz imzasını atacaq" "Cəmiyyətimiz idmana qarşı çox yaxşı münasibətdədir"
Fərdi
1 May , 2016 09:54
​Fuad Muradov: Bakı bu marafonla şəhərlər arasına öz imzasını atacaq

Bakı. 1 May. REPORT.AZ/ "Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanda həyata keçirilən “Bakı Marafonu 2016” çox böyük coşqu, çox böyük sevgi ilə qarşılandı. Bu o deməkdir ki, bizim gənclərimiz, ümumiyyətlə cəmiyyətimiz idmana qarşı çox yaxşı münasibətdədir".

Bu sözləri "Report"a açıqlamasında marafonda iştirak edən millət vəkili Fuad Muradov deyib.

"Yəni belə marafonlar Londonda, Barselonada keçirilir. Bu gün də Bakı bu marafonla şəhərlər arasına öz imzasını atır. On minə yaxın insan var burada. Xaricdən xeyli insan gəlib. Hər kəsə qələbə arzu edirəm. Lakin bilirəm ki, qələbə bir neçə nəfərin olacaq. Marafon özü çox xüsusi bir yanaşma, xüsusi bir hazırlıq tələb edir. İnanıram ki, azərbaycanlılar hər il artıraraq sonda qələbə qazanacaqlar", - deyə deputat əlavə edib.

Son xəbərlər

Orphus sistemi