"Formula-1" üzrə Azərbaycan Qran Prisinin vaxtı rəsmən açıqlanıb

"Formula-1" üzrə Azərbaycan Qran Prisinin vaxtı rəsmən açıqlanıb FİA 2016-cı il mövsümü üçün təqvimin ilkin versiyasını təsdiqləyib
Fərdi
11 İyul , 2015 09:26
Formula-1 üzrə Azərbaycan Qran Prisinin vaxtı rəsmən açıqlanıb

Bakı. 11 iyul. REPORT.AZ/ Beynəlxalq Avtomobil Federasiyası (FİA) 2016-cı il mövsümü üçün "Formula-1" təqviminin ilkin versiyasını təsdiqləyib. "Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Ümumdünya Avtomobil İdmanı Şurasının Meksikadakı iclasında baş verib.

Mövsüm gələn il aprelin 3-də Avstraliyada start götürəcək. Azərbaycan Qran Prisi isə iyulun 17-nə təyin olunub. Yarış Bakı küçələrində keçiriləcək. 

"Formula1" təqviminin 2016-cı il mövsümü üçün ilkin versiyası:

1. 3 aprel. Avstraliya Qran Prisi

2. 10 aprel. Çin Qran Prisi

3. 24 aprel. Bəhreyn Qran Prisi

4. 1 may. Rusiya Qran Prisi

5. 15 may. İspaniya Qran Prisi

6. 29 may. Monako Qran Prisi

7. 12 iyun. Kanada Qran Prisi

8. 26 iyun. Böyük Britaniya Qran Prisi

9. 3 iyul. Avstriya Qran Prisi

10. 17 iyul. AZƏRBAYCAN Qran Prisi

11. 31 iyul. Almaniya Qran Prisi

12. 7 avqust. Macarıstan Qran Prisi

13. 28 avqust. Belçika Qran Prisi

14. 4 sentyabr. İtaliya Qran Prisi

15. 18 sentyabr. Sinqapur Qran Prisi

16. 25 sentyabr. Malayziya Qran Prisi

17. 9 oktyabr. Yaponiya Qran Prisi

18. 23 oktyabr. ABŞ Qran Prisi

19. 30 oktyabr. Meksika Qran Prisi

20. 13 noyabr. Braziliya Qran Prisi

21. 27 noyabr. Abu-Dabi Qran Prisi

Son xəbərlər

Orphus sistemi