​"Formula-1" pilotu qəzadan sonra ölüb

​"Formula-1" pilotu qəzadan sonra ölüb "Andretti Autosport" komandasının üzvü avqustun 23-də ağır kəllə-beyin travması ilə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb
Fərdi
25 Avqust , 2015 20:39
​Formula-1 pilotu qəzadan sonra ölüb

Bakı. 25 avqust. REPORT.AZ/ ABŞ-ın Pensilvaniya ştatındakı Pokono magistralında qəzaya düşən "IndyCar" seriyalı yürüşün pilotu Castin Uilson vəfat edib. "Report"un məlumatına görə, 37 yaşlı böyük britaniyalı idmançı komadan ayılmayıb. 

"Andretti Autosport" komandasının üzvü avqustun 23-də ağır kəllə-beyin travması ilə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər onu həyata qaytarmaqdan ötrü bir sutkadan çox çalışıblar. Amma avqustun 25-nə keçən gecə pilot dünyasını dəyişib. 

Qəzanın səbəbkarı 20 yaşlı amerikalı pilot Seyc Karam olub. O, 179-cu dövrədə idarəetməni itirib və avtomobili hasara çırpılıb. Nəticədə maşının qırıntıları Uilsonun dəbilqəsinə dəyib. Bundan sonra böyük britaniyalı idmançı huşunu itirib. 

Qeyd edək ki, Castin Uilson 2003-cü ildə "Formula-1"də debüt edib. O, "Minardi" və "Yaquar" komandalarının heyətində 16 yürüşə çıxıb. Uilson 2001-ci ildə beynəlxalq "Formula-3000" çempionatının qalibi olub. İdmançı "Champ Car" çempionatlarında isə 2 dəfə - 2006 və 2007-ci illərdə ikinci olub.

Son xəbərlər

Orphus sistemi