Formula 1 pilotu Monakoda boğulan uşağı xilas edib

Formula 1 pilotu Monakoda boğulan uşağı xilas edib Pilotun özü baş verənləri şərh etməkdən imtina edib
Fərdi
2 Aprel , 2016 16:07
Formula 1 pilotu Monakoda boğulan uşağı xilas edib

Bakı. 2 aprel. REPORT.AZ/ "Mercedes"in şərəfini qoruyan Formula 1 pilotu Niko Rosberq Monakoda boğulan uşağı xilas edib.

"Report" "Bild"ə istinadən xəbər verir ki, pilot qızı ilə Monako sahillərində gəzərkən beş yaşlı uşağın suda batmağa başladığını görüb. Dərhal elə əynindəki paltarla suya girən N.Rosberq uşağı sudan çıxararaq onun həyatını xilas edib.

Pilotun özü baş verənləri şərh etməkdən imtina edib. Hadisə barədə onun menecerləri xəbər verib.

Qeyd edək ki, martın 20-də 30 yaşlı N.Rosberq Avstraliya Qran Prisini qazanıb. O, 2006-cı ildən Formula 1-də çıxış edir. Karyerası ərzində alman pilot 15 qələbə qazanıb, 42 dəfə podiuma qalxıb.

Son xəbərlər

Orphus sistemi