Bakı. 8 iyun. REPORT.AZ/ Formula 1 üzrə Avropa Qran Prisində iştirak edəcək komandaların pilotlarının Bakıya gələcəkləri vaxt məlum olub. "Report"un məlumatına görə, pilotların ilk qrupu iyunun 14-dən paytaxtda olacaq.
Onlar öz komandalarının texniki heyətləri ilə birgə gələcəklər. Ümumilikdə paytaxta 11 komanda təşrif buyuracaq.
Qeyd edək ki, Avropa Qran Prisi 17 - 19 iyunda keçiriləcək.