​Formula 1-in sahibi yarışlarda qadın pilotların olmamasına aydınlıq gətirib

​Formula 1-in sahibi yarışlarda qadın pilotların olmamasına aydınlıq gətirib Qadınların iştirakı marketinq baxımından cəlbedici ola bilər
Fərdi
20 Aprel , 2016 16:34
​Formula 1-in sahibi yarışlarda qadın pilotların olmamasına aydınlıq gətirib

Bakı. 20 aprel. REPORT.AZ/ Formula 1 pilotları arasında yaxın müddətdə qadınlar olmayacaq. "Report"un məlumatına görə, bu barədə müvafiq şirkətin sahibi Berni Ekklstoun açıqlama verib. 

B.Ekklstoun Qran Prilərdə qadınların iştirakının marketinq baxımından cəlbedici olacağını etiraf etsə də, zərif cinsin nümayəndələrinin bu işi görmək üçün fiziki güclərinin çatmayacağını vurğulayıb. 

Qeyd edək ki, ötən il martın 30-da Formula 1-in rəhbəri qadın pilotlar arasında yarış seriyasının təşkil olunmasını təklif edib. Bu mövsüm yarış iştirakçıları arasında qadın pilot yer almayıb. Sonuncu belə iştirakçı 2014-cü ildə "Uilyams"ın böyük britaniyalı pilotu Süzi Volff Almaniya Qran Prisində sərbəst yürüşə çıxıb. O, 22 dövrədən sonra bolidinin texniki cəhətdən düz işləməməsi səbəbindən yürüşü dayandırıb. 

Son xəbərlər

Orphus sistemi