Fernando Alonso Çin Qran Prisinə buraxılıb

Fernando Alonso Çin Qran Prisinə buraxılıb Avropa Qran Prisinin səfiri pilotlar üçün şam yeməyinə qatılıb
Fərdi
14 Aprel , 2016 14:34
Fernando Alonso Çin Qran Prisinə buraxılıb

Bakı. 31 mart. REPORT.AZ/ Bakıda keçiriləcək Formula 1 üzrə Avropa Qran Prisinin rəsmi elçisi Fernando Alonsonun durumuna aydınlıq gəlib. "Report"un məlumatına görə, həkim komissiyasının qərarı ilə "Maklaren" pilotu Çin Qran Prisinə buraxılıb.

İspaniyalı pilot Çinin Şanxay şəhərində keçiriləcək Qran Pri öncəsi tibbi komissiyadan keçib. Həkimlər onu ilk sərbəst praktikadan sonra tibbi müayinəyə müraciət etməsi şərti ilə yürüşə buraxıblar. Tanınmış idmançı daha öncə pilotlar üçün birgə şam yeməyinə qatılıb. Çin Qran Prisi 15-17 apreldə keçiriləcək.

Qeyd edək ki, Fernando Alonso martın 20-də Avstraliya Qran Prisi zamanı qəzaya düşüb. Bu səbəbdən ispaniyalı pilot 1-3 apreldə keçirilmiş Bəhreyn Qran Prisinə buraxılmayıb. 

Son xəbərlər

Orphus sistemi