Bakı. 25 may. REPORT.AZ/ Mərakeşin paytaxtı Rabat şəhərində keçirilən “Masters” seriyalı beynəlxalq cüdo turnirinə yekun vurulub.
“Report” xəbər verir ki, yarışın son günündə Azərbaycan cüdoçusu Elmar Qasımov 100 kq çəki dərəcəsində bütün rəqiblərindən üstün olaraq qızıl medal qazanıb.
O, finalda çexiyalı Lukas Krpaleki məğlub edib.
Yarışın ilk günündə Orxan Səfərov (60 kq) gümüş, Rüstəm Orucov (73 kq) isə bürünc medal qazanmışdı.