Elman Rüstəmov Dünya Kubokunda mübarizəni davam etdirən Azərbaycan şahmatçılarına dəstək olub

Elman Rüstəmov Dünya Kubokunda mübarizəni davam etdirən Azərbaycan şahmatçılarına dəstək olub Azərbaycan Şahmat Federasiyasının prezidenti "Fairmont" otelində olub
Fərdi
17 Sentyabr , 2015 18:34
Elman Rüstəmov Dünya Kubokunda mübarizəni davam etdirən Azərbaycan şahmatçılarına dəstək olub

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/16 final mərhələsinə start verilib. Yarışın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu gün Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov yarışın keçirildiyi "Fairmont" otelinə gəlib. 

O, hazırda mübarizəni davam etdirən Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Qədir Hüseynova dəstək olub. T.Rəcəbov rusiyalı Peter Svidlerlə, Q.Hüseynov çinli Dinq Lirenlə, Ş.Məmmədyarov isə hindistanlı Seturaman P. Seturamanla qarşılaşır. 

Qeyd edək ki, 1.6 milyon dollar mükafat fondu olan Dünya Kuboku oktyabrın 5-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi