Dünya Kuboku: Nicat Abasov 1/8 finala qələbə ilə başlayıb

Dünya Kuboku: Nicat Abasov 1/8 finala qələbə ilə başlayıb Bakıda təşkil olunan şahmat üzrə Dünya Kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilib.
Fərdi
12 Avqust , 2023 20:25
Dünya Kuboku: Nicat Abasov 1/8 finala qələbə ilə başlayıb

Bakıda təşkil olunan şahmat üzrə Dünya Kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilib.

"Report"un məlumatına görə, Azərbaycan şahmatçısı Nicat Abasov ağ fiqurlarla Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Saleh Salemi məğlub edib.

Bərabər mübarizə şəraitində keçən oyunun sonunda Abasov rəqibinə çətin anlar yaşadıb.

S.Salem bu təzyiqin qarşısında səhv gediş edib. Beş saat davam edən partiya 54-cü gedişdə Azərbaycan şahmatçısının qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, şahmatçılar arasında ikinci oyun avqustun 13-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi