Dünya Kubokuna yollanan Azərbaycan yığmasının heyəti açıqlanıb

Dünya Kubokuna yollanan Azərbaycan yığmasının heyəti açıqlanıb Tehranda 12 güləşçi çıxış edəcək
Fərdi
17 Fevral , 2015 10:44
Dünya Kubokuna yollanan Azərbaycan yığmasının heyəti açıqlanıb

Bakı. 17 fevral. REPORT.AZ/ Fevralın 19-da İranın paytaxtı Tehranda start götürəcək yunan-Roma güləşi üzrə Dünya Kuboku üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb. Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iki gün davam edəcək yarışa 12 pəhləvan yollanıb.

Baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və Akif Əliyevin rəhbərliyi altında Rövşən Bayramov, Elman Muxtarov (hər ikisi 59 kq), Həsən Əliyev, Kamran Məmmədov (hər ikisi 66 kq), Rəsul Çunayev, Rüstəm Əliyev (hər ikisi 71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov, Şəhriyar Məmmədov (hər ikisi 85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq) təmsil edəcək. Azərbaycan yığması İran, İsveç və Almaniya ilə A qrupunda yer alıb. B qrupunda isə, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan komandaları qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, Dünya Kubokunun ilk günündə qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə, 3-cülük uğrunda görüşəcək. Qarşılaşmaların idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim İntiqam Alıyev təmsil edəcək. 

Son xəbərlər

Orphus sistemi