Dünya Kuboku: 5 saatlıq mübarizədən sonra Sergey Karyakin hesabı bərabərləşdirib

Dünya Kuboku: 5 saatlıq mübarizədən sonra Sergey Karyakin hesabı bərabərləşdirib Rusiyalı idmançılar arasında ümumi hesab 2-2-dir.
Fərdi
5 Oktyabr , 2015 00:19
Dünya Kuboku: 5 saatlıq mübarizədən sonra Sergey Karyakin hesabı bərabərləşdirib

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bakıda Şahmat üzrə Dünya Kubokunun dördüncü günündə yarış başa çatıb. Finalda rusiyalı qrossmeysterlər Sergey Karyakin və Pyotr Svidler qarşılaşırlar.

Ötən gün keçirilən görüş ağ fiqurlarla oynayan Karyakinin xeyrinə başa çatıb. 57-ci gedişdə Karyakin seriyada hesabı bərabərləşdirib. Şahmatçılar arasında mübarizə 5 saat davam edib.

Rusiyalı idmançılar arasında ümumi hesab 2-2-dir. Dünya kubokunun sahibi oktyabrın 5-də tay-breykdə müəyyən olunacaq.

Son xəbərlər

Orphus sistemi