Direktor: "​Şahmat Olimpiadasının açılışı Milli Gimnastika Arenasında keçirilə bilər"

Direktor: "​Şahmat Olimpiadasının açılışı Milli Gimnastika Arenasında keçirilə bilər" Təşkilatçılar arenaya baxış keçirib
Fərdi
16 May , 2016 14:03
Direktor: ​Şahmat Olimpiadasının açılışı Milli Gimnastika Arenasında keçirilə bilər

Bakı. 16 may. REPORT.AZ/ Sentyabrda Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının açılış mərasiminə hazırlıq işləri davam edir.

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, hazırda təşkilatçılar açılış mərasiminin təntənəli olması üçün paytaxtda yerləşən arenalara baxış keçirirlər.

Bu məqsədlə Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov, FİDE rəsmiləri eləcə də "Amapola" şirkətinin nümayəndələri Milli Gimnastika Arenasında olublar. Avropanın ən gözəl idman qurğularından sayılan Milli Gimnastika Arenasında yaradılan şərait yüksək qiymətləndirilib. Bildirilib ki, arenada təntənəli açılış mərasimini təşkil etməyə hər cür şərait var.

M.Məmmədov təntənəli açılış mərasiminin Milli Gimnastika Arenasında keçirilməsi üçün hər cür şərait olduğunu bildirib: "Arena ən yüksək standartlara cavab verir. İdman qurğusu yüksək zövq və dizaynla inşa edilib. Şahmat Olimpiadasının təntənəli açılış mərasimini burada ən yüksək səviyyədə keçirmək mümkündür. Arena həm də texniki cəhətdən bütün avadanlıqlarla təchiz olunub. Yaxın günlərdə son qərarı açıqlayacağıq. Mərasimin məhz Milli Gimnastika Arenasında keçirilmə ehtimalı yüksəkdir".

Qeyd edək ki, 9 000 tamaşaçını qəbul etməyə hazır olan Milli Gimnastika Arenasının dizaynı çox funksiyallığını nümayiş etdirməyə imkan verir. Yarışların həcmi və xarakterindən asılı olaraq izləyici yerlərinin sayı 5 000-dən 9 000-ə qədər artırıla bilər. Açıq və qapalı yerlərdə istifadə olunan oturacaqlar xüsusi dizaynla hazırlanıblar. Xüsusi texnologiya əsasında hazırlanan arena Avropanın ən gözəl idman qurğularından biri hesab edilir.

Son xəbərlər

Orphus sistemi