Cüdo üzrə dünya çempionatında Azərbaycan millisi daha bir medala sahib olub - FOTO

Cüdo üzrə dünya çempionatında Azərbaycan millisi daha bir medala sahib olub - FOTO Firudin Dadaşov mundialda yalnız bir görüşdə məğlub olaraq bürünc medal qazanıb
Fərdi
25 Oktyabr , 2015 22:17
Cüdo üzrə dünya çempionatında Azərbaycan millisi daha bir medala sahib olub - FOTO

Bakı. 25 oktyabr. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən gənc cüdoçular arasında dünya çempionatında Azərbaycan milli komandası daha bir medala sahib olub.

Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, 90 kq çəki dərəcəsində yarışan cüdoçumuz Firudin Dadaşov mundialda yalnız bir görüşdə məğlub olaraq bürünc medal qazanıb.

Start görüşündə Yeni-Zelandiya təmsilçisi Mettyu Roulini məğlub edən Dadaşov daha sonra Tacikistan idmançısı Səlim Faruxiyə qalib gəlib. 1/4 finalda almaniyalı David Tekiçə uduzan cüdoçumuz bürünc medal uğrunda təsəlliverici görüşə qatılıb. Burada Polşa nümayəndəsi Rafal Kozlovskiyə “ippon” - təmiz qələbə ilə qalib gələn Firudin Dadşov 3-cü yer uğrunda görüşdə rusiyalı Mixayil İqolnikovu udub. Beləliklə, Azərbaycan cüdoçusu Firudin Dadaşov dünya birinciliyinin bürünc medalını qazanıb.

Qeyd edək ki, gənclər arasında dünya birinciliyində mübarizə aparan milli komandamızın aktivində 2 bürünc medal var. 66 kq çəkidə yarışan Hidayət Heydərov da mündialda 3-cü yeri tutmuşdu.

Son xəbərlər

Orphus sistemi