​Cüdo üzrə Azərbaycan millisi Bakıya qayıdıb

​Cüdo üzrə Azərbaycan millisi Bakıya qayıdıb 2 qızıl, 2 bürünc medal qazanan yığma üzvləri üçün hava limanında qarşılanma təşkil olunub
Fərdi
2 İyun , 2016 10:35
​Cüdo üzrə Azərbaycan millisi Bakıya qayıdıb

Bakı. 2 iyun. REPORT.AZ/ Meksikanın Qvadalaxara şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına son lisenziya xarakterli "World Masters" turnirində 4 medal qazanmış Azərbaycan cüdoçuları Bakıya qayıdıb. "Report"un məlumatına görə, milli üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və bir qrup azarkeş qarşılayıb.

Qeyd edək ki, "World Masters" turnirində Orxan Səfərov (60 kq) və Elmar Qasımov (100 kq) qızıl, Nicat Şıxəlizadə (66 kq) ilə Rüstəm Orucov (73 kq) bürünc medala sahib olublar. Azərbaycan millisi 51 ölkənin qatıldığı turniri kişilərin sıralamasında 1-ci, ümumi sıralamada 2-ci pillədə başa vurub.

Son xəbərlər

Orphus sistemi