Cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi qarşıdakı planlardan danışıb

Cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi qarşıdakı planlardan danışıb ​Peter Zayzenbaher: "Qısa müddətdə 3 yarışda güləşmək çox ağırdır"
Fərdi
2 Dekabr , 2015 19:27
Cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi qarşıdakı planlardan danışıb

Bakı. 2 dekabr. REPORT.AZ/ Cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi Peter Zayzenbaher cüdoçuların son çıxışlarını dəyərləndirib. "Report"un məlumatına görə, Zayzenbaher qarşıdakı planlardan da danışıb.

O bildirib ki, Çin Qran-Prisində cüdoçular gözlənildiyi kimi, əzmkar mübarizə aparıblar və bu da qazanılan uğurlara öz təsirini göstərib: "Koreya Qran-Prisi barədə də eyni sözləri demək olar. Artıq Azərbaycan milli komandasında yeni rəhbərliklə birgə müsbət nəticələr əldə etməyə başlamışıq. O ki qaldı idmançıların səviyyəsinə, mən heç vaxt qane olmuram. Hər zaman yaxşı olmağın yolları var və biz də bunun üçün çalışırıq".

P.Zayzenbaher deyib ki, komandanın 20 günlük təlim-məşq toplanışı nəzərdə tutulub: "Koreyada bir neçə gün təlim-məşq toplanışı keçirdik və bundan sonra hazırlığımızı Monqolustanda davam etdirəcəyik. Nəyə görə Monqolustan? Çünkü onların çox fərqli və maraqlı stilləri var. Ona görə gözləyirəm ki, orada da güclü məşqlərimiz keçəcək. Dekabrın 4-də Tokioda cüdo üzrə "Böyük dəbilqə" yarışına start veriləcək. Qərara aldıq ki, bu mötəbər turnirdə Azərbaycanı 2 cüdoçu – Elmar Qasımov və Elxan Məmmədov təmsil etsin. Çünkü qısa müddətdə 3 yarışda güləşmək çox ağırdır. Həmçinin də uşaqların çoxu növbəti dəfə çəki atmalıdırlar. Hər iki idmançımız daha sonra Monqolustanda keçirəcəymiz təlim-məşq toplanışında bizə qatılacaq. Koreya Qran-Prisində zədələnən Nicat Şixəlizadə isə bu gün Bakıya qayıdır. O, Azərbaycanda tam olaraq həkimlərimizin nəzarətində olacaq".

Son xəbərlər

Orphus sistemi