​Cüdo üzrə Azərbaycan milli komandası Almaniyada yarışacaq

​Cüdo üzrə Azərbaycan milli komandası Almaniyada yarışacaq Qran Pridə qadın cüdoçu da mübarizə aparacaq
Fərdi
18 Fevral , 2016 11:50
​Cüdo üzrə Azərbaycan milli komandası Almaniyada yarışacaq

Bakı. 18 fevral. REPORT.AZ/ Cüdo üzrə Azərbaycan milli komandası Almaniyanın Düsseldorf şəhərində təşkil ediləcək Qran Pridə mübarizə aparacaq. "Report"un məlumatına görə, baş məşqçi Peter Zayzenbaxer fevralın 19-da start götürəcək yarışa 13 cüdoçu aparıb.

Onlardan biri qadın idmançı 48 kq çəki dərəcəsində çıxış edəcək Aişə Qurbanlıdır. Kişilərin mübarizəsinə isə Orxan Səfərov, Vüqar Şirinli (hər ikisi 60 kq), Tərlan Kərimov, Hidayət Heydərov (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Əbdülhaqq Rəsullu, Rüstəm Alimli (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev, Ramin Qurbanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşanqi Kokauri (100 kq-dan yuxarı) təmsil edəcəklər.

Öncədən açıqlanan heyətdən zədəli olduqları üçün İlqar Müşkiyevlə (60 kq) Şahin Qəhrəmanov (90 kq) çıxarılıb. İki gündür Düsseldorfda məskunlaşan cüdoçular Zayzenbaherin rəhbərliyi altında məşqlərini davam etdirirlər. 

Çin Qran-Prisində ayağından ciddi zədələnən Nicat Şıxəlizadə də komanda ilə birgə məşq edib. Həkimlər onun Düsseldorf turnirində iştirakına icazə verməyiblər. Şıxəlizadə və millinin digər üzvləri Qran-Pridən sonra Almaniyanın Köln və Berlin şəhərlərində olacaq, təlim-məşq toplanışlarında iştirak edəcəklər.

Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli reytinq turnirində 91 ölkədən 626 cüdoçu mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi