Çinq-Kuo Vu yenidən AİBA prezidenti seçilib

Çinq-Kuo Vu yenidən AİBA prezidenti seçilib Tayvanlı funksioner ali boks qurumuna 3-cü müddətə rəhbərlik edəcək
Fərdi
14 Noyabr , 2014 12:38
Çinq-Kuo Vu yenidən AİBA prezidenti seçilib

Bakı. 14 noyabr. REPORT.AZ/ Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq-Kuo Vu yenidən bu vəzifəyə seçilib. "Report"un məlumatına görə, seçki Cənubi Koreyada keçirilən AİBA Konqresi çərçivəsində baş tutub. 

Çinq-Kuo Vu alternativsiz əsasla qalib olub. O, 3-cü müddətə seçilib. Tayvanlı funksionerin namizədliyini 196 milli assosiasiyadan 98-i irəli sürüb. 

Qeyd edək ki, Çinq-Kuo Vu ilk dəfə 2006-cı ildə AİBA prezidenti seçilib. O, korrupsiyada ittiham olunan və 20 ilədək ali boks qurumuna rəhbərlik etmiş pakistanlı Ənvər Çoudrini əvəzləyib. 

Son xəbərlər

Orphus sistemi