Çingiz Abdullayev "Pen-klub Azərbaycan"la bağlı sənədləri yayımlayıb

Çingiz Abdullayev "Pen-klub Azərbaycan"la bağlı sənədləri yayımlayıb "Pen-klub"la bağlı sertifikat və şəhadətnamə ictimaiyyətə təqdim olunub
Fərdi
10 Sentyabr , 2015 15:12
Çingiz Abdullayev Pen-klub Azərbaycanla bağlı sənədləri yayımlayıb

Bakı. 10 sentyabr. REPORT.AZ/ "Neftçi" klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayev son günlər "Pen-klub Azərbaycan"la bağlı yayılan xəbərlərə aydınlıq gətirib. "Report"un məlumatına görə, Ç.Abdullayev "Pen-klub Azərbaycan"ın varlığını təsdiq edən Ədliyyə Nazirliyinin Qeydiyyat Şəhadətnaməsinin və Vergilər Nazirliyi Asan Sertifikat Xidmətləri Mərkəzi Elektron İmza üçün sertifikatın fotolarını yayımlayıb. 

O, fotolara yazdığı şərhdə isə klubun baş direktorunun Elmar Şeyxzadə olduğunu bildirib. Sertifikatda imza sahibinin Ç.Abdullayev olduğu bildirilir. Şəhadətnamə isə Beynəlxaq Pen Təşkilatı "Pen-klub Azərbaycan"ın fəaliyyəti üçün təqdim olunub.

Qeyd edək ki, bir neçə gün öncə Çingiz Abdullayev mətbuata açıqlamasında "Pen-klub"un ondan Azərbaycan klublarının 3 illik beynəlxalq yarışlardan kənarlaşdırılması haqda sənədə qol çəkməyi tələb etdiklərini deyib.

Son xəbərlər

Orphus sistemi