“Böyük İpək yolu” beynəlxalq turnirində artıq 4 boksçumuz qızıl medal qazanıb

“Böyük İpək yolu” beynəlxalq turnirində artıq 4 boksçumuz qızıl medal qazanıb Turnir “Baku Crystal Hall”da keçirilir
Fərdi
19 Aprel , 2015 19:12
“Böyük İpək yolu” beynəlxalq turnirində artıq 4 boksçumuz qızıl medal qazanıb

Bakı. 19 aprel. REPORT.AZ/ “Baku Crystal Hall”da keçirilən “Böyük İpək yolu” beynəlxalq turnirinin günorta proqramında Azərbaycan milli komandasının 4 üzvü qızıl medal qazanıb.

"Report"un AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Avropa oyunlarına test xarakteri daşıyan yarışda artıq beş çəki dərəcəsi üzrə final görüşləri keçirilib. 56 kq çəki dərəcəsində milli komandamızın üzvü Tayfur Əliyev finalda qələbə qazanıb. Gənc boksçumuz həlledici görüşdə fransalı Samuel Kistohurrini 2:1 hesabı ilə üstələyib.

Azərbaycan milli komandasının digər üzvü Lorenzo Sotomayor da (64 kq) komanda yoldaşının uğurunu davam etdirib. Boksçumuz həlledici görüşdə Fransa təmsilçisi Hassan Amzileye heç bir şans verməyib (3:0).

Xaybula Musalov da (75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Boksçumuz Qazaxıstan idmançısı Yerik Aljanovi məğlub edib (2:1).

Milli komandamızın liderlərindən Teymur Məmmədov da yarışı birinci yerdə başa vurub. Yığmamızın üzvü finalda Türkiyə boksçusu Seyda Keseri bütün komponentlərdə qabaqlayıb (3:0).

49 kq çəkidək Bator Saqaluev (Rusiya) Tinko Banabakov (Bolqarıstan) görüşü isə rusiyalı boksçunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi