​"Böyük dəbilqə"də italyanlar yarışacaq

​"Böyük dəbilqə"də italyanlar yarışacaq Yarışın mükafat fondu 42 milyon 253 min 400 dollardır
Fərdi
12 Sentyabr , 2015 15:57
​Böyük dəbilqədə italyanlar yarışacaq

Bakı. 12 sentyabr. REPORT.AZ/ ABŞ-ın Nyu-York şəhərində keçirilən "Böyük dəbilqə" adlı açıq tennis turnirinin finalçıları müəyyənləşib. "Report"un məlumatına görə, azarkeşlər tarixdə ilk dəfə olaraq finalda italiyalı idmançıları izləyəcək.

Mükafat fondu 42 milyon 253 min 400 dollar olan yarışın yekun görüşündə 33 yaşlı Flaviya Pennetta və 32 yaşlı Roberta Vinçi üz-üzə gələcək.

Turnirin final görüşü sabah keçiriləcək.

Son xəbərlər

Orphus sistemi