Boksçularımızın rəqibləri müəyyənləşib

Boksçularımızın rəqibləri müəyyənləşib AİBA ProBoxing turnirində mübarizə aparan Məhəmmədrəsul Məcidov və Tamerlan Abdullayevin növbəti rəqibləri müəyyənləşib
Fərdi
10 Dekabr , 2014 02:11
Boksçularımızın rəqibləri müəyyənləşib
Bakı. 10 dekabr. REPORT.AZ/ AİBA ProBoxing (APB) turnirində mübarizə aparan Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) və Tamerlan Abdullayevin (69 kq) növbəti rəqibləri müəyyənləşib.

"Report" AzərTAc-a istinadən xəbər verirki, iki qat dünya, Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı M.Məcidov dekabrın 19-da rinqə çıxacaq. Milli komandamızın üzvü misirli Əhməd Samir ilə üz-üzə gələcək. 30 yaşlı idmançı Nyu-Yorkda peşəkar boksla məşğul olub. Ancaq o, APB turnirində hər iki görüşdə uduzub. Misirli boksçu əvvəlcə almaniyalı Erik Pfeyferə, ikinci mərhələdə isə rusiyalı Maqomed Omarova məğlub olub.

Xatırladaq ki, M.Məcidov noyabrda APB-də debüt etmiş və ukraynalı Sergey Verveykonu 2-ci raundda nokautla üstələmişdi.

T.Abdullayev isə dekabrın 20-də avstriyalı Markos Nader ilə qarşılaşacaq. İyirmi dörd yaşlı Nader də əvəllər peşəkar boksla məşğul olub. O, birinci mərhələdə keniyalı Rayton Okviriyə, ötən ay isə litvalı Eimantas Stanionisə uduzub. T.Abdullayev APB-də ilk döyüşündə macarıstanlı Qyula Katedən üstün olmuşdu.

Qeyd edək ki, hər iki görüş saat 19:00-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində başlayacaq.

Son xəbərlər

Orphus sistemi