Bakı. 13 fevral. REPORT.AZ/ Boksçu Roy Cons azarkeşlərindən biri ilə döyüş keçirəcək.
"Report" "CBS Sports"a istinadən xəbər verir ki, fanat 47 yaşlı idmançı üzərində qələbə qazanacağı təqdirdə 100 min dollar əldə edəcək.
Boksçunun rəqibini internet istifadəçiləri müəyyən edəcək. Namizəd öz bacarıqlarını 90 saniyəlik videoda nümayiş etdirməlidir.