​Boks yığmamızda Fariz Məmmədovu Tamerlan Abdullayev əvəzləyib

​Boks yığmamızda Fariz Məmmədovu Tamerlan Abdullayev əvəzləyib Noyabrın 29 və 30-da Bakıda AİBA Pro Boxing turnirinin növbəti döyüşləri keçiriləcək
Fərdi
23 Noyabr , 2014 04:27
​Boks yığmamızda Fariz Məmmədovu Tamerlan Abdullayev əvəzləyib
Bakı. 23 noyabr. REPORT.AZ/ Noyabrın 29 və 30-da Bakıda AİBA Pro Boxing (APB) turnirinin 69 və 91+kq çəki dərəcələrində növbəti döyüşlər keçiriləcək.

"Report" Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, ikiqat dünya çempionu, London Olimpiadasının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov nəhayət ki, Beynəlxalq Boks Federasiyasının yeni layihəsində iştirak edəcək.

Məlumata görə, milli komandamızın üzvü ötən ay xəstə olduğu üçün rumıniyalı Mixay Nistorla görüşə çıxa bilməmişdi. Bu dəfə boksçumuz noyabrın 30-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində ukraynalı Sergey Verveyko ilə qarşılaşacaq. Verveyko APB-də ilk görüşündə mərakeşli Məhəmməd Arjaouiyə uduzub.

69 kq çəki dərəcəsində mübarizə aparan Fariz Məmmədov isə noyabrın 29-da rinqə çıxa bilməyəcək. Rusiyalı Andrey Zamkovoyla döyüşdə burnundan zədə alan idmançı 3 ay rinqdən uzaq qalmalı olacaq.

Əvəzində 69 kq çəki dərəcəsində milli komandamızın digər üzvü Tamerlan Abdullayev doğma publika qarşısına çıxacaq. Dəfələrlə ölkə çempionu olmuş Abdullayev hələ ki, böyüklər arasında beynəlxalq arenada elə bir ciddi uğur qazanmayıb. O, son Azərbaycan çempionatında öz çəki dərəcəsində 3-cü yeri tutub.

Həmyerlimiz APB-də ilk görüşünü macarıstanlı Qyula Kateyə qarşı keçiricək. 32 yaşlı Kate ilk döyüşdə ukraynalı Denis Lazerevə məğlub olub. O, 2003 və 2009-cu illərdə dünya çempionatlarında bürünc mükafata layiq görülüb. A

Döyüşlər yuxarıda qey olunan tarixdə saat 19:00-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində başlayacaq.

Son xəbərlər

Orphus sistemi