​Boks üzrə Azərbaycan millisi ABŞ-a yollanıb

​Boks üzrə Azərbaycan millisi ABŞ-a yollanıb Toplanışda 11 boksçu iştirak edəcək
Fərdi
20 Fevral , 2016 15:41
​Boks üzrə Azərbaycan millisi ABŞ-a yollanıb

Bakı. 20 fevral. REPORT.AZ/ Boks üzrə Azərbaycan milli komandası təlim-məşq toplanışını keçirmək üçün ABŞ-a yollanıb. Azərbaycan Boks Federasiyasından "Report"a verilən məlumata görə, ABŞ-ın Kolorado ştatının Kolorado Sprinqs şəhərində təşkil olunan təlim-məşq toplanışı 10-12 gün davam edəcək.

İdmançılar okeanın o tayında həm amerikalı, həm də meksikalı boksçularla birlikdə məşqlərini davam etdirəcək. Baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında ABŞ-a 11 idmançı yollanıb. "Report" təlim-məşq toplanışına yollanan idmançıların siyahısını təqdim edir:

49 kq – Rüfət Hüseynov

52 kq – Elvin Məmişzadə

56 kq – Tayfur Əliyev

56 kq – Cavid Çələbiyev

60 kq – Albert Səlimov

64 kq – Lorenso Sotomayor

69 kq – Pərviz Bağırov

75 kq – Kamran Şahsuvarlı

81 kq – Teymur Məmmədov

91 kq – Abdulkadir Abdullayev

+91 kq – Məhəmmədrəsul Məcidov

Son xəbərlər

Orphus sistemi