Bakı. 6 may. REPORT.AZ/ Beynəlxalq Cüdo Federasiyasının rəsmiləri və Azərbaycan Cüdo Federasiyasının (ACF) kollektivi Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. ACF mətbuat xidmətindən "Report"a verilən məlumata görə, onlar ulu öndərin abidəsi önünə əklil və güllər qoyublar.
Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Qeyd edək ki, bu gün Heydər Əliyev adına İdman Sarayında “Böyük Dəbilqə” beynəlxalq turnirinə start verilib. Yarış üç gün davam edəcək.