Berni Ekklstoun Avropa Qran Prisinin səfirinin üzləşdiyi qəzadan şoka düşüb

Berni Ekklstoun Avropa Qran Prisinin səfirinin üzləşdiyi qəzadan şoka düşüb "Həmin anda nəfəsim durdu"
Fərdi
25 Mart , 2016 13:32
Berni Ekklstoun Avropa Qran Prisinin səfirinin üzləşdiyi qəzadan şoka düşüb

Bakı. 25 mart. REPORT.AZ/ Formula 1-in baş promouteri Berni Ekklstoun Avstraliya Qran Prisində "Ferrari" pilotu Fernando Alonsonun "Haas"da çıxış edən Esteban Qutyerreslə toqquşmasından şoka düşüb. "Report"un məlumatına görə, B.Ekklstoun "La Gazzetta dello Sport"a açıqlamasında qəza vaxtı keçirdiyi hisslərdən danışıb. 

"Həmin anda nəfəsim durdu. Amma ayaq üstə dayanmış Alonsonu gördükdə inanılmaz dərəcədə sevindim. Yalnız bundan sonra rahat nəfəs aldım" deyə britaniyalı funksioner bildirib. Onun fikrincə, insident pilotların müdafiəsi anlamında nə qədər irəli getdiklərini sübuta yetirir: "Biz sürücülərin həyatını daha da təhlükəsiz edən müxtəlif variantları axtarmaqda davam edirik".

Qeyd edək ki, Fernando Alonso Esteban Qutyerreslə toqquşma zamanı 200 km/s sürətlə hərəkətdə olub. F.Alonso 17 - 19 iyunda Bakıda keçiriləcək Avropa Qran Prisinin səfirlərindən biridir. 

Son xəbərlər

Orphus sistemi