Bəhreyn nümayəndə heyəti Bakıda “Formula-1” yarışının təşkilatçıları ilə görüşəcək

Bəhreyn nümayəndə heyəti Bakıda “Formula-1” yarışının təşkilatçıları ilə görüşəcək Azərbaycandan gəlmiş marşallar komandasının 27 üzvü yarışın bütün bölmələrini əhatə edən geniş təlimə qatılıblar
Fərdi
13 Dekabr , 2015 05:16
Bəhreyn nümayəndə heyəti Bakıda “Formula-1” yarışının təşkilatçıları ilə görüşəcək

Bakı. 13 dekabr. REPORT.AZ/ Bəhreyn Avtomobil Federasiyasının baş direktoru, Beynəlxalq Könüllülər və Hakimlər Komitəsinin üzvü Əbdüləziz əz-Zəvadinin başçılıq etdiyi nümayəndə heyəti “Formula-1” yarışının təşkilatçıları ilə koordinasiya görüşü keçirmək üçün dekabrın 13-də Bakıya gələcək.

Bəhreyn nümayəndə heyəti Azərbaycanda Formula-1 yarışının təşkilatçıları ilə görüşəcək, ölkə tarixində ilk dəfə 2016-cı ilin iyun ayında keçiriləcək yarışa hazırlıq işləri ilə tanış olacaq, nəzəri-praktik mühazirələr keçirəcəklər. Formula-1 yarışlarının direktoru Çarli Vaytinqlə keçiriləcək əsas görüşdə Bəhreyn nümayəndələri tərəfindən yarışın təşkilat və iş planı təqdim olunacaq, komandanın təklifləri və trasa edilən dəyişikliklər nəzərdən keçiriləcək. Həmçinin nümayəndələr Vaytinqin müşayiəti ilə trasda gəzərək yarış yerini təftiş edəcək, müxtəlif yerləşmə və dayanma nöqtələri ilə bağlı bütün xüsusi dəyişikliklərə baxacaqlar.

Bu səfərlərdən məqsəd Azərbaycanda “Formula-1” yarışının təşkili layihəsinin əsaslarını müəyyənləşdirmək, təlim-məşq keçirmək və yarışların idarə olunması üçün əsas təşkilatçıların seçilməsi yollarını araşdırmaqdır. Həmçinin səfər proqramına yerli kadrlarla birlikdə layihənin idarə edilməsi, planlama işlərinin həyata keçirilməsi, Bəhreyn təcrübəsinin azərbaycanlı işçi qrupu ilə paylaşılması, yarış məkanının öyrənilməsi və digər məsələlərin müzakirəsi də daxildir.

Azərbaycanda Formula-1 yarışının təşkilatçılarından ibarət nümayəndə heyəti Yaxın Şərqdə avtoidmanın vətəni olan Bəhreynin beynəlxalq trasında noyabrın 20-21-də keçirilmiş “6 saatlıq dözümlülük” yarışının təşkilində iştirak edib. Azərbaycandan gəlmiş marşallar komandasının 27 üzvü yarışın bütün bölmələrini əhatə edən geniş təlimə qatılıblar. Digər nümayəndə heyəti isə aprel ayında “Formula-1” yarışının Bəhreyn Qran-prisinin təşkilində iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi