Bakıda keçiriləcək "Qızıl Qran Pri"nin final mərhələsinin vaxtı və qaydaları dəyişdirilib

Bakıda keçiriləcək "Qızıl Qran Pri"nin final mərhələsinin vaxtı və qaydaları dəyişdirilib Yarış dünya çempionatından sonraya salınıb
Fərdi
29 Dekabr , 2014 09:34
Bakıda keçiriləcək Qızıl Qran Prinin final mərhələsinin vaxtı və qaydaları dəyişdirilib

Bakı. 29 dekabr. REPORT.AZ/ 2015-ci ildə Bakıda keçiriləcək güləş üzrə "Qızıl Qran Pri"nin final mərhələsində yalnız Avropa və dünya çempionatlarının mükafatçıları iştirak edə biləcəklər. "Report"un xəbərinə görə, bu barədə Dünya Güləş Birliyinin (UWW) yaydığı xəbərdə bildirilir.

Əvvəllər həm sərbəst, həm də yunan-Roma güləşində "Qızıl Qran Pri"nin finalından öncə 2 mərhələ olub. Amma final mərhələsinə əvvəlki mərhələlərin bütün qalibləri qatılmayıb. UWW prezidenti Nenad Laloviç deyib ki, yeni sistem turnirin statusunu artırmağa və ən yaxşı güləşçilərin əlavə qazanc əldə etməsinə köməklik göstərəcək.

Habelə, "Qızıl Qran Pri"nin final mərhələsinin vaxtında da dəyişiklik edilib. Əvvəllər bu yarış dünya çempionatından öncə olurdusa, indi mundialdan sonraya keçirilib. Bu isə təsnifat mərhələlərini uğurla dəf edən pəhləvanlara hazırlıq üçün kifayət qədər vaxt verəcək. Gələn il final mərhələsi 27 - 29 noyabrda baş tutacaq. Mükafat fondu ayrı-ayrı çəki dərəcələri üzrə artırılacaq. Yarış isə televiziya vasitəsilə bütün dünyaya yayımlanacaq. 

Son xəbərlər

Orphus sistemi