​"Baku Fires" klubunun "Argentina Condors"la döyüş üçün heyəti açıqlanıb

​"Baku Fires" klubunun "Argentina Condors"la döyüş üçün heyəti açıqlanıb Heybətulla Hacəliyev əvvəllər peşəkar rinqdə çıxış edən Amitrano ilə üz-üzə gələcək
Fərdi
27 Fevral , 2015 15:52
​Baku Fires klubunun Argentina Condorsla döyüş üçün heyəti açıqlanıb

Bakı. 27 fevral. REPORT.AZ/ WSB (Ümumdünya Boks Seriyasının ) Liqasının 7-ci turu çərçivəsində Azərbaycanın "Baku Fires" klubu “Argentina Condors”la qarşılaşacaq. 

"Report"un məlumatına görə, Argentinada keçiriləcək döyüş üçün hər iki komandanın heyəti açıqlanıb.

“Argentina Condors” – “Baku Fires”

49 kq. Leandro Zarate – Məhəmməd İbiyev

56 kq. İqnasio Perrin – Məhəmməd Qurbanov

64 kq. Leandro Amitrano - Heybətulla Hacəliyev

75 kq. Alberto Lebenstayn – Nikolay Veselov

91 kq. Daniel Blanş - Abdulqadir Abdullayev

İbiyevin rəqibi olacaq 26 yaşlı Zarate 2011-ci ildə Bakıda keçirilmiş dünya çempionatının iştirakçısı olub. Təcrübəli boksçu 2007-ci ildə ABŞ-ın Çikaqo şəhərində təşkil olunmuş mundialda da mübarizə aparıb. Heybətulla Hacəliyev əvvəllər peşəkar rinqdə çıxış edən Amitrano ilə üz-üzə gələcək.

Hazırda bir xalla qrupda sonuncu yeri tutan “Argentina Condors” son görüşdə səfərdə “Astana Arlans”a 0:5 hesabı ilə uduzub. Argentinalılar bu heyətlə Venesuelada yerli komandaya 1:4 hesabı ilə məğlub olublar.

Bu həftə B qrupunda “Astana Arlans” “İtalia Thunder”i, “Puerto Rico Hurricanes” USA “Knockouts”u, “Caciques Venezuela” isə “Rafako Hussars Poland”ı qəbul edəcək.

Qeyd edək ki, WSB Liqasından 17 boksçu mövsümün sonunda 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq. 49 kq, 91 kq və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək. 

Son xəbərlər

Orphus sistemi