​"Baku Fires"ın heyəti müəyyənləşib

​"Baku Fires"ın heyəti müəyyənləşib Azərbaycan klubunun heyətində iki boksçu WSB liqasında debüt edəcək
Fərdi
29 Yanvar , 2015 18:20
​Baku Firesın heyəti müəyyənləşib

Bakı. 29 yanvar. REPORT.AZ/ Ümumdünya Boks Seriyasının (WSB) 3-cü turunun görüşləri keçiriləcək. "Report"un məlumatına görə, ilk turda Qubada “İtalia Thunder” üzərində 4:1 hesablı qələbə qazanan “Baku Fires” klubu Qazaxıstanın “Astana Arlans” komandası ilə qarşılaşacaq.

Artıq komandaların heyətləri məlum olub.

“Baku Fires” – “Astana Arlans”

49 kq. Rəsul Saliyev – Temirtas Jusupov

56 kq. Məhəmməd Qurbanov – Nursultan Koşequlov

64 kq. Heybətulla Hacəliyev – Asxat Ualixanov

75 kq. Jaba Xositaşvili – Meyrim Nursultanov

91 kq. Rahil Məmmədli – Vasili Levit

Ötən həftə səfərdə Venesuela klubuna 2:3 hesabı ilə uduzan Azərbaycan klubunun heyətində iki boksçu WSB liqasında debüt edəcək. Bunlar Rəsul Saliyev və Rahil Məmmədlidir. Məmmədli bu ay keçirilən Azərbaycan çempionatında yalnız final görüşündə təcrübəli Teymur Məmmədova uduzub. 91 kq çəki dərəcəsində mübarizə aparacaq əlcək sahibi finalda 2009-cu ilin Asiya çempionu Vasili Levitlə üz-üzə gələcək. Digər debütant Saliyev Qazaxıstan çempionu, 2013-cü il Asiya çempionatının qalibi Jusupovla görüşəcək. WSB-də böyük təcrübəyə sahib olan Ualixanov isə 2013-cü ildə o vaxt “Baku Fires”in şərəfini qoruyan Osman Əliyevi məğlub etmişdi.

“Astana Arlans” klubu cari mövsümdə hər iki görüşünü qələbə ilə başa vurub. İlk turda Almatıda Venesuela komandasını 5:0 hesabı ilə məğlub edən Qazaxıstan bokslçuları 2-ci turda səfərdə “Rafako Hussars Poland”ı 3:2 hesabı ilə üstələyib.

Bu həftə "Baku Fires"ın yer aldığı qrupda "USA Knockouts" klubu "Caciquez Venezuela"nı, "Rafako Hussars Poland" "Argentina Condors"u, "İtalia Thunder" isə "Puerto Riko Hurricanes"i qəbul edəcək.

Qeyd edək ki, "Baku Fires" və "Astana Arlans" arasında döyüşlər yanvarın 31-də keçiriləcək. Boksçular saat 19:00-da Quba Olimpiya Kompleksində rinqə çıxacaq. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio-2016 Olimpiadasına vəsiqə qazanacaq.

Son xəbərlər

Orphus sistemi