Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə "​Paşa Bank" arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə "​Paşa Bank" arasında əməkdaşlıq memorandumu imzalanıb Avropa Qran Prisinə 32 ölkədən bilet alınıb
Fərdi
6 May , 2016 11:05
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə ​Paşa Bank arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı. 6 may. REPORT.AZ/ Bu gün "Paşa Bank" və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb. "Report"un məlumatına görə, razılığa əsasən, "Paşa Bank" BŞH-nin bank xidmətləri üzrə tərəfdaşı kimi çıxış edəcək.

Memorandumu Nankın İdarə Heyətinin üzvü Aydın Atakişiyev və BŞH-nin kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim imzalayıb. 

A.Atakişiyev bildirib ki, BŞH-nin maliyyə tərəfdaşı olaraq, Bankın öhdəliyi tədbirin keçirilməsi üçün maliyyə dəstəyi vermək, bank avadanlıqları ilə təminatı təşkil etməkdir: "Avropa Qran Prisinədək 5 bankomatın quraşdırılması nəzərdə tutulub".

B.Özərdim "Paşa Bank"la tərəfdaşlıqdan məmnun olduqlarını, memorandumun təkcə bu il deyil, qarşıdakı illər üçün də nəzərdə tutulduğunu bildirib: "Bu cür əməkdaşlıq iqtisadiyyatın inkişafına töhfə verir. Biz Formula 1-i televiziyadan görürük. Bu cür tədbirin arxasında böyük əmək dayanır. Bu müvəffəqiyyət hekayəsinin tərəfdaşı olmaqdan şərəf duyuruq. Formula 1-də olduğu kimi biz pit-stop rolunu oynayırıq ki, müştərilərimiz yarışlarda birinci olsun. Bakıda Qran Pri ilk dəfə keçiriləcəyindən, təbliğat işlərinə ciddi önəm verilir. Bütün yayım şirkətləri şəhərimizə gəlib çəkiliş aparıblar. Qarşıdakı müddətdə də bu proses davam edəcək. Bu memorandum BŞH adına edilən bir əməkdaşlıqdır və qarşıdakı illərdə bu əməkdaşlıq davam etdiriləcək".

BŞH rəsmisi bilet satışı ilə bağlı da danışıb: "Son 3-4 həftədir bilet satışı sürətlənib. Bunun bir səbəbi Formula 1 mövsümünün başlaması, digəri isə təbliğatımızın təsiridir. Bu da hər kəsdə Formula 1 həyəcanını artırır. Xarici ölkələrdə satış prosesi hələ də davam edir. Ən çox bilet satışı Rusiya və qonşu ölkələrdə, İngiltərə, Almaniya və Hollandiyadadır. Düşünürəm ki, bütün tribunalar dolacaq. 32 xarici ölkədən biletlər alınıb və proses davam edir".

BŞH-nin marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri Nigar Arpadarai isə Formula 1 trası boyunca yerləşən ev və iş məntəqələrinə sakinlərin giriş-çıxışı barədə məlumat verib: "Bununla bağlı iş aparırıq. Tras boyu yaşayış evləri və iş məntəqələri var. Bu səbəbdən, onların xüsusi giriş alması lazım olacaq. Bunun detallı məlumatı gələn həftə ictimaiyyətə açıqlanacaq. Biz həm Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi, həm də Bakı şəhər İcra Hakimiyyəti ilə iş aparırıq. Hansı tarixlərdə hansı yolların bağlı olacağı barədə ictimaiyyətə yaxın günlərdə məlumat veriləcək".

Son xəbərlər

Orphus sistemi