​Bakı Şahmat Olimpiadasının açılış və bağlanış mərasimləri ilə bağlı görüş keçirilib

​Bakı Şahmat Olimpiadasının açılış və bağlanış mərasimləri ilə bağlı görüş keçirilib 4000-ə yaxın tamaşaçı və rəsmilərin arenaya vaxtında və rahat gəlməsini təmin etmək tapşırılıb
Fərdi
4 Avqust , 2016 17:13
​Bakı Şahmat Olimpiadasının açılış və bağlanış mərasimləri ilə bağlı görüş keçirilib

Bakı. 4 avqust. REPORT.AZ/ Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış və bağlanış mərasimlərinin təşkilinə həsr olunan növbəti görüş keçirilib. Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, olimpiadanın direktoru Mahir Məmmədov, komitənin müxtəlif şöbələrinin nümayəndələri, Milli Gimnastika Arenasının rəhbəri Maqsud Fərzullayev və "Amapola" şirkətinin menecerlərinin iştirak etdiyi toplantıda əvvəlcə mərasimin ssenarisi müzakirə edilib.

Daha sonra təhlükəsizlik, nəqliyyat məsələləri barədə fikir mübadiləsi aparılıb və müvafiq şöbələrə tapşırıqlar verilib.

Açılış mərasimində iştirak edəcək qonaqların və şahmatçıların yerləşdirilməsi, media nümayəndələrinin rahat işləməsi istiqamətində bir sıra təkliflər irəli sürülüb. Əməliyyat Komitəsinin Nəqliyyat departamentinə 4000-ə yaxın tamaşaçı və rəsmilərin arenaya vaxtında və rahat gəlməsini təmin etmək tapşırılıb.

Qeyd edək ki, 42-ci Ümumdünya Şahmat Olimpiadasının açılış və bağlanış mərasimləri Milli Gimnastika Arenasında baş tutacaq. Sentyabrın 1-də keçiriləcək açılış mərasimi saat 19:00-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi