"Bakı 2015"in qalibi Rəsul Çunayev yeni reytinq siyahısında liderliyini qoruyub

"Bakı 2015"in qalibi Rəsul Çunayev yeni reytinq siyahısında liderliyini qoruyub Azərbaycanın digər yunan-Roma güləşçisi Elvin Mürsəliyev isə bir pillə irəliləyib
Fərdi
10 İyul , 2015 11:43
Bakı 2015in qalibi Rəsul Çunayev yeni reytinq siyahısında liderliyini qoruyub

Bakı. 10 İyul. REPORT.AZ/ Yunan-Roma güləşçilərinin yeni reytinq siyahısı açıqlanıb. "Report"un məlumatına görə, Dünya Güləş Birliyinin tərtib etdiyi siyahıya iyunda keçirilmiş yarışların nəticələri əsasında hazırlanıb.

Siyahıya Azərbaycanın 10 klassik güləşçisinin adı daxil edilib. "Bakı 2015" I Avropa Oyunlarının qızıl medalçısı Rəsul Çunayev (71 kq) reytinqdəki birinciliyini qoruyub. Digər qızıl medalçı Elvin Mürsəliyev bir pillə yüksələrək 4-cü olub. Gümüş medala sahib olan Rafiq Hüseynov sıralamada 2-ci yerdə qərarlaşıb. Bürünc mükafatçı Elman Muxtarov isə 8 pillə irəliləyərək, 5-ci pilləni ələ keçirib.

Ötən ayın reytinq siyahısında olmayan ağır çəkili pəhləvanlar Orxan Nuriyev və Sabah Şəriəti Avropa Oyunlarında qazandıqları nailiyyətlə ilk "onluğ"a düşə bilib. Orxan Nuriyev 6-cı, Sabah Şəriəti isə 9-cu sırada qərarlaşıb. Gənclərin Avropa çempionatının qalibi İslam Abbasov da reytinq siyahısında mövqeyini qoruya bilib.

59 kq
5. Elman Muxtarov - Avropa Oyunları, 3-cü yer (13)
20. Taleh Məmmədov - Təxti Kuboku turniri, 1-ci yer (18)

66 kq
7. Həsən Əliyev - Avropa Oyunları, 3-cü yer (5)

71 kq
1. Rəsul Çunayev - Avropa Oyunları, 1-ci yer (1)

75 kq
4. Elvin Mürsəliyev - Avropa Oyunları, 1-ci yer (5)

80 kq
2. Rafiq Hüseynov - Avropa Oyunları, 2-ci yer (1)

85 kq
6. İslam Abbasov - Gənclərin Avropa çempionatı, 1-ci yer (6)
11. Saman Təhmasibi - DÇ 2-ci yer (2)

98 kq
6. Orxan Nuriyev - Avropa Oyunları, 5-ci yer (nr)

130 kq
9. Sabah Şəriəti - Avropa Oyunları, 2-ci yer (nr)

Son xəbərlər

Orphus sistemi