Bakı. 5 avqust. REPORT.AZ/ "
Onun sözlərinə görə, Rusiyanın paytaxtı Moskva şəhərindəki laboratoriyada aparılmış sidik analizi nəticəsində 19 yaşlı qadın idmançıdan istifadəsi qadağan edilmiş osterin maddəsi aşkarlanıb. Ç.Hüseynzadə bildirib ki, bu fakt təsdiqləndikdən sonra AAF-ın iclası keçirilib: "Qərara aldıq ki, Bejini 2 il müddətinə diskvalifikasiya edək. Bu barədə Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasına da müraciət etdik və onlar da təklifimizi qəbul etdilər".
Qeyd edək ki, Çaltu Beji I Avropa Oyunlarında 3000 metr məsafəyə qaçışda hamıdan üstün olub. Cəza ilə yanaşı, Bejinin nəticəsi də ləğv olunub.