​Azərbaycan stolüstü tennisçiləri Estoniyada 3 medal qazanıb

​Azərbaycan stolüstü tennisçiləri Estoniyada 3 medal qazanıb Fərdi və komanda yarışında 2 qızıl medal əldə olunub
Fərdi
16 Noyabr , 2015 11:48
​Azərbaycan stolüstü tennisçiləri Estoniyada 3 medal qazanıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Estoniyanın Haapsalu şəhərində gənclər və yeniyetmələr arasında keçirilmiş açıq turnirdə Azərbaycan stolüstü tennisçiləri 3 medal qazanıblar. "Report"un federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, şəxsi yarışlarda qalib adını Denq Simenq qazanıb.

O, finalda yerli idmançını məğlub edib. Bürünc medalı isə Zou Çuyi əldə edib. 

Komanda yarışında isə cütlük kadetlərin mübarizəsində bütün rəqiblərini qabaqlayıb. Beləliklə, Azərbaycan stolüstü tennisçiləri turniri 2 qızıl, 1 bürünc medalla başa vurub. 

Qeyd edək ki, "Estonia Open"də Litva, Latviya, Rusiya, Finlandiya, Danimarka və İsveç komandaları da mübarizə aparıb.

Son xəbərlər

Orphus sistemi