​Azərbaycanlı tələbə ABŞ-da atletika yarışında iştirak edib

​Azərbaycanlı tələbə ABŞ-da atletika yarışında iştirak edib Ələsgər Məmmədov hündürlüyə tullanmada 2.07 m nəticə göstərib
Fərdi
18 May , 2016 21:05
​Azərbaycanlı tələbə ABŞ-da atletika yarışında iştirak edib

Bakı. 18 may. REPORT.AZ/ ABŞ-ın Nebraska ştatında atletika üzrə Tələbələrin Liqa yarışlarının növbəti mərhələsi başa çatıb. "Report"un məlumatına görə, Linkoln şəhərində keçirilən turnirdə ABŞ-da təhsil alan azərbaycanlı tələbə Ələsgər Məmmədov da iştirak edib.

O, hündürlüyə tullanma yarışlarında 2.07 m nəticə göstərib və 6-cı yeri tutub. Ə.Məmmədova müvafiq yer üçün nəzərdə tutulan diplom və mükafatlar təqdim olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl Tələbələrin Liqa yarışlarının əvvəlki mərhələsində Ə.Məmmədov 2.05 m nəticə ilə üçüncü yeri tutub və bürünc medala layiq görülüb.

Son xəbərlər

Orphus sistemi