Azərbaycanlı idmançının olimpiadadakı nəticələri ləğv edilib

Azərbaycanlı idmançının olimpiadadakı nəticələri ləğv edilib Bu barədə İOC məlumat yayıb
Fərdi
1 Sentyabr , 2016 11:20
Azərbaycanlı idmançının olimpiadadakı nəticələri ləğv edilib

Bakı. 1 sentyabr. REPORT.AZ/ Beynəlxalq Olimpiya Komitəsi (İOC) dopinqə düşən azərbaycanlı ağırlıqqaldıran İntiqam Zairovla bağlı qərarını açıqlayıb. "Report"un komitənin rəsmi saytına istinadən verdiyi məlumata görə, idmançının Pekin-2008-dəki nəticələri ləğv edilib.

31 yaşlı idmançı həmin olimpiadada 9-cu yeri tutub.

Qeyd edək ki, İ.Zairov bir müddət əvvəl 2023-cü ilin sonlarınadək bütün yarışlardan kənarlaşdırılıb. Amma onun 8 illik cəzası 2015-ci ildə ABŞ-ın Hyuston şəhərində keçirilmiş dünya çempionatında orqanizmindən dehidroxlorometiltestosteron və nandrolon, 2013-cü il Avropa çempionatında isə dehidrometiltestosteron aşkarlanması ilə bağlı olub.

Son xəbərlər

Orphus sistemi