Azərbaycanlı idmançı: "Prezident Kuboku 2024"ə çox yaxşı hazırlaşmışıq

Azərbaycanlı idmançı: "Prezident Kuboku 2024"ə çox yaxşı hazırlaşmışıq Bu yarışa çox yaxşı hazırlaşmışıq.
Fərdi
2 May , 2024 19:22
Azərbaycanlı idmançı: Prezident Kuboku 2024ə çox yaxşı hazırlaşmışıq

Bu yarışa çox yaxşı hazırlaşmışıq.

"Report"un Mingəçevirə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu “Prezident Kuboku 2024” beynəlxalq reqatasında gümüş medal qazanan Azərbaycan təmsilçisi Nurlan Paşayev deyib.

Akademik avarçəkmə növündə 2006-2007 təvəllüdlü idmançıların mübarizəsində ikinci olan atlet turnirlə bağlı düşüncələrinin müsbət olduğunu bildirib: "Rekord sayda ölkənin iştirak etdiyi reqatada ikinci yeri tutmaq qürurvericidir. Sonlara yaxın tempi artırmalı idim, lakin gücüm çatmadı. Bu səbəbdən birinci ola bilmədim. Ötən ildə bu yarışda iştirak edib üçüncü yerə layiq görülmüşdüm. Məşqçilərim sayəsində indi nəticəmi yüksəltim".

Qeyd edək ki, turnir mayın 3-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi