​Azərbaycanlı idmançı daha bir qızıl medal qazanıb

​Azərbaycanlı idmançı daha bir qızıl medal qazanıb Nicat Niftəliyev həm omniumda, həm də sprintdə 9-cu nəticə göstərib
Fərdi
2 Fevral , 2015 17:14
​Azərbaycanlı idmançı daha bir qızıl medal qazanıb

Bakı. 2 fevral. REPORT.AZ/ Fransada velosiped idmanının trek növü üzrə Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1-ci kateqoriyalı "Fenioux Piste International" turnirinə yekun vurulub. "Report"un məlumatına görə, yarışın 2-ci günü Azərbaycan yığma komandası növbəti qızıl medalını əldə edib.

İlk yarış günü keyrin növündə bütün rəqiblərini qabaqlamaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxan yığma komandanın lideri Olqa İsmayılova 200 metr məsafəyə sprint yürüşündə də qarşısıalınmaz olub. Bununla da qadın velosipedçi "Fenioux Piste International" turnirində 2-ci qızıl medala yiyələnib.

Qeyd edək ki, digər Azərbaycan velosipedçisi Nicat Niftəliyev həm omniumda, həm də sprintdə 9-cu nəticə göstərib.

Son xəbərlər

Orphus sistemi