Azərbaycanlı beynəlxalq qrossmeyster Rauf Məmmədov jurnalistlər üçün seans verib - FOTO

Azərbaycanlı beynəlxalq qrossmeyster Rauf Məmmədov jurnalistlər üçün seans verib - FOTO O, 8 jurnalistdən 7-ni məğlub edib
Fərdi
20 İyul , 2015 21:08
Azərbaycanlı beynəlxalq qrossmeyster Rauf Məmmədov jurnalistlər üçün seans verib - FOTO

Bakı. 20 iyul. REPORT.AZ/ Azərbaycanlı beynəlxalq qrosmmeyster Rauf Məmmədov jurnalistlər üçün seans verib. Seans "Report"un informasiya dəstəyi, İdman Araşdırmalar Mərkəzi və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuatın yaradılmasının 140 illik yubileyi münasibətilə keçirilən Media Kuboku turnirində baş tutub. 

15 dəqiqəlik zaman kəsimində 8 nəfərə qarşı oynayan 27 yaşlı şahmatçı onlardan 7-ni məğlub edib. Yalnız turnirin qalibi Ceyhun Əliyev onunla heç-heçə edə bilib. Bununla da R.Məmmədov sentyabrın 10-dan oktyabrın 5-dək Bakıda keçiriləcək Dünya Kuboku öncəsi hazırlıq səviyyəsini ortaya qoyub. 

Qeyd edək ki, Rauf Məmmədov həm də final görüşü öncəsi ilk gedişi edib.   

Son xəbərlər

Orphus sistemi