​Azərbaycanlı atlet dünya çempionatında Useyn Boltdan yüksək nəticə göstərib

​Azərbaycanlı atlet dünya çempionatında Useyn Boltdan yüksək nəticə göstərib Sprinter Ramil Quliyev finişə 20,01 saniyəyə çatıb
Fərdi
26 Avqust , 2015 01:29
​Azərbaycanlı atlet dünya çempionatında Useyn Boltdan yüksək nəticə göstərib

Bakı. 26 Avqust. REPORT.AZ/ Çinin paytaxtı Pekində keçirilən dünya çempionatında azərbaycanlı atlet Ramil Quliyev Türkiyə yığmasının heyətində mübarizəyə uğurla başlayıb.

"Report"un məlumatına görə, 25 yaşlı sprinter 200 metr məsafəyə qaçışda seçmə mərhələ iştirakçıları arasında ən yüksək nəticəni göstərib.

O, finişə 20,01 saniyəyə çataraq, Türkiyənin milli rekordunu yeniləyib. Bundan başqa, R.Quliyev seçmə mərhələ iştirakçıları arasında ən yüksək nəticəyə imza atıb.

Azərbaycanlı sprinter hətta dünyanın ən sürətli adamı, 6 qat Olimpiya və 9 qat dünya çempionu, yamaykalı Useyn Boltdan da yüksək nəticə göstərib. Bolt öz yarımqrupundakı bütün rəqiblərini üstələsə də, finişə 20,28 saniyəyə çatıb.

Hər iki idmançı bu nəticələrlə yarımfinala yüksəlib. Onlar növbəti mərhələdə eyni yarımqrupda mübarizə aparacaqlar. Boltdan əlavə, Quliyevin rəqibləri Key Takase (Yaponiya), Migel Frensis (Antiqua), Kenji Fujimutsu (Yaponiya), Anaso Jobodvana (CAR), Daniel Talbot (Böyük Britaniya) və Roberto Skyers (Kuba) olacaq.

Son xəbərlər

Orphus sistemi