Azərbaycanın veteran cüdoçusu Avropa çempionu olub

Azərbaycanın veteran cüdoçusu Avropa çempionu olub Mübariz Pənahov isə 7-ci yeri tutub
Fərdi
24 İyun , 2016 09:38
Azərbaycanın veteran cüdoçusu Avropa çempionu olub

Bakı. 24 iyun. REPORT.AZ/ Xorvatiyanın Poreç şəhərində veteran cüdoçular arasında Avropa çempionatına start verilib. "Report"un məlumatına görə, Azərbaycan milli komandası yarışın ilk günündə aktivinə 1 qızıl medal yazdırıb.

90 kq çəki dərəcəsində mübarizə aparan Fərhad Rəcəbli ilk qarşılaşmasında rusiyalı Viktor Nikitinə, ardından fransalı Erve Piyo və Manuel Pajaroya, finalda isə ukraynalı İqor Knışa qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın digər cüdoçularından Tariyel Məmmədov (60 kq) 5-ci, Mübariz Pənahov (100 kq) 7-ci yeri tutub.

Son xəbərlər

Orphus sistemi