​Azərbaycanın stend atıcısı beynəlxalq yarışda birinci olub - FOTO

​Azərbaycanın stend atıcısı beynəlxalq yarışda birinci olub - FOTO O, Finlandiya və küveytli rəqiblərindən üstün olan
Fərdi
17 May , 2015 18:41
​Azərbaycanın stend atıcısı beynəlxalq yarışda birinci olub - FOTO

sBakı. 17 may. REPORT.AZ/ Bu gün Qəbələdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən olimpiya atıcılıq növləri üzrə II Beynəlxalq Qran-pri yarışlarına start verilib.

"Report" xəbər verir ki, ilk yarış günündə 4 qadın idmançımızdan ikisi final mərhələsinə yüksəlib.

Finalda Finlandiya və küveytli rəqiblərindən üstün olan Rəna Ələsgərova fəxri kürsünün birinci pilləsinə yüksəlib.

Qaliblərə medal və pul mükafatları təqdim olunub.

Qeyd edək ki, ümumi mükafat fondu 96,5 min ABŞ dolları olan turnirdə 17 ölkədən, o cümlədən ABŞ, Avstraliya, Böyük Britaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Gürcüstan, Macarıstan, İran, İtaliya, Kipr, Küveyt, Qətər, Rusiya, Türkiyə, Ukraynadan 150-yə yaxın idmançı iştirak edir.

Yarışlara mayın 24-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi