Azərbaycanın sərbəst güləş üzrə yığma komandası Belarusda yarışacaq

Azərbaycanın sərbəst güləş üzrə yığma komandası Belarusda yarışacaq Yarışda 8 güləşçi qüvvəsini sınayacaq
Fərdi
16 Fevral , 2016 11:20
Azərbaycanın sərbəst güləş üzrə yığma komandası Belarusda yarışacaq

Bakı. 16 fevral. REPORT.AZ/ Sərbəst güləş üzrə Azərbaycan yığması Belarusun paytaxtı Minskdə fevralın 18-də start götürəcək Aleksandr Medvedin mükafatı uğrunda Qran-Pridə iştirak edəcək. "Report"un məlumatına görə, 2 gün davam edəcək turnirə məşqçi David Kurtsiyanın rəhbərliyi altında 8 güləşçi yollanacaq.

Yarışda Ruslan Qasımov (57 kq), Əli Rəhimzadə, Mahal Novruzov (hər ikisi 61 kq), Məhəmməd Müslümov, Teymur Məmmədov (hər ikisi 65 kq), Murad Süleymanov (74 kq), Nurməhəmməd Hacıyev (86 kq) və Səid Həmidov (125 kq) qüvvəsini sınayacaq.

Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Vüqar Şükürov təmsil edəcək.

Son xəbərlər

Orphus sistemi