Azərbaycanın qadın güləşi üzrə yığma komandası Avropa çempionu olub

Azərbaycanın qadın güləşi üzrə yığma komandası Avropa çempionu olub Gənc güləşçilər Rusiya və Türkiyəni geridə qoyub
Fərdi
27 İyun , 2015 13:19
Azərbaycanın qadın güləşi üzrə yığma komandası Avropa çempionu olub

Bakı. 27 iyun. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində keçirilən gənclərin Avropa çempionatında Azərbaycanın qadın güləşi üzrə yığma komandası komanda hesabında birinci yeri tutub. "Report"un məlumatına görə, azərbaycanlı pəhləvanlar üst-üstə 58 xal toplayıblar.

Güləşçilərdən Səbirə Əliyeva (72 kq) qızıl, Leyla Qurbanova (51 kq), Elis Manolova (67 kq) və Alyona Kolesnik (55 kq) gümüş, Raqnetta Qurbanzadə (63 kq) və Türkan Nəsirova (44 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, Rusiya 50 xalla ikinci, Türkiyə 40 xalla 3-cü olub. 

Son xəbərlər

Orphus sistemi