​Azərbaycanın qadın güləşçisi reytinq siyahısında irəliləyib

​Azərbaycanın qadın güləşçisi reytinq siyahısında irəliləyib Yalnız Yuliya Ratkeviç siyahıda geriləyib
Fərdi
9 İyul , 2015 20:19
​Azərbaycanın qadın güləşçisi reytinq siyahısında irəliləyib

Bakı. 9 iyul. REPORT.AZ/ Azərbaycanın qadın güləşçisi Nataliya Sinişin Dünya Güləş Birliyinin reytinq siyahısında irəliləyib. 

"Report"un Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 55 kq çəkidə mübarizə aparan qadın pəhləvan 3-cü pilləyə sahib çıxıb.

53 kq çəki dərəcəsində mübarizə aparan və bundan əvvəlki ayın reytinq siyahısında adı olmayan Anjela Doroqan "Bakı 2015" I Avropa Oyunlarında qazandığı qızıl medalın hesabına birbaşa olaraq reytinqin 9-cu pilləsində yer alıb. 48 kq-da mübarizə aparan Mariya Stadnikin mövqeyində ötən ayla müqayisədə dəyişiklik olmayıb. O, göstərdiyi nəticələrlə 2-ci pilləni qoruyub.

Qadın güləşçilərdən yalnız Yuliya Ratkeviçin mövqeyində geriləmə qeydə alınıb. Dünya çempionatının gümüş mükafatçısı ötən ay 5-ci pillədə qərarlaşmışdısa, bu dəfə 9-cu pillə ilə kifayətlənməli olub.

Qeyd edək ki, Azərbaycanın 8 qadın güləşçisinin adı Dünya Güləş Birliyinin reytinq siyahısına daxil edilib.

Son xəbərlər

Orphus sistemi