Azərbaycanın qadın güləşçiləri dünya çempionatında mübarizəyə başlayır

Azərbaycanın qadın güləşçiləri dünya çempionatında mübarizəyə başlayır İlk görüşlər Bakı vaxtı ilə saat 22:00-da, final görüşləri isə növbəti gün səhər saat 06:30-da başlayacaq
Fərdi
9 Sentyabr , 2015 10:03
Azərbaycanın qadın güləşçiləri dünya çempionatında mübarizəyə başlayır

Bakı. 9 sentyabr. REPORT.AZ/ ABŞ-ın Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatının üçüncü günündə yunan-Roma və qadın güləşçilər döşək üzərinə çıxacaq. "Report"un məlumatına görə, yarışlar yunan-Roma güləşi üzrə 85 kq, qadın güləşi üzrə 48, 53 və 69 kq çəkidə gedəcək.

İlk görüşlər Bakı vaxtı ilə saat 22:00-da, final görüşləri isə növbəti gün səhər saat 06:30-da başlayacaq.

85 kq

1/16 final - Saman Təhmasibi - Brandao Sant (Braziliya)

48 kq

1/16 final - J.Blazka (Hollandiya) - Mariya Stadnik

53 kq

1/16 final - Anjela Doroqan - Hockova Mart (Çexiya)

69 kq

1/16 final - Elis Manolova - E.Sizdikova (Qazaxıstan)

İlk iki yarış gününün yekunlarına əsasən güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq) və Sabah Şəriəti (130 kq) Olimpiya Oyunlarına vəsiqə əldə edib.

Qeyd edək ki, sentyabrın 12-də başa çatacaq dünya çempionatında Azərbaycanı yunan-Roma güləşində baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında Rövşən Bayramov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), Saman Təhmasibi (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq) təmsil edir.

Son xəbərlər

Orphus sistemi