​Azərbaycanın gənc yelkənçiləri beynəlxalq reqatada uğurlu nəticə qazanıb

​Azərbaycanın gənc yelkənçiləri beynəlxalq reqatada uğurlu nəticə qazanıb Reqattada 4 oğlan və 1 qız idmançı çıxış edib
Fərdi
13 Aprel , 2016 22:22
​Azərbaycanın gənc yelkənçiləri beynəlxalq reqatada uğurlu nəticə qazanıb

Bakı. 13 aprel. REPORT.AZ/ Yelkənli idman növü üzrə keçirilmiş beynəlxalq reqatada azərbaycanlı idmançılar uğurlu çıxış edib. Azərbayan Yelkənli İdman Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Sloveniyanın Portoroz şəhərində "Easter Regatta 2016" yarışında idmançılarımız ilk 20-liyə daxil olub.

Ümumilikdə yarışda 500 idmançı mübarizə aparıb. Beynəlxalq reqatada 4 oğlan və 1 qız idmançı çıxış edib. 7-14 yaşlı yelkənçilərin əsas hədəfi bu ilin iyulunda İtaliyada baş tutacaq Optimist üzrə Avropa Çempionatında iştirak etməkdir.

Son xəbərlər

Orphus sistemi