Azərbaycanın gənc güləşçiləri dünya çempionatında iştirak edəcək

Azərbaycanın gənc güləşçiləri dünya çempionatında iştirak edəcək Hər 3 növ üzrə pəhləvanlar Fransaya yollanacaqlar
Fərdi
26 Avqust , 2016 10:56
Azərbaycanın gənc güləşçiləri dünya çempionatında iştirak edəcək

Bakı. 26 avqust. REPORT.AZ/ Avqustun 30-da Fransanın Makon şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı start götürəcək. "Report"un Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, altı gün davam edəcək çempionatda hər üç güləş növü üzrə Azərbaycan yığmaları iştirak edəcək.

İlk iki gündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Böyük məşqçi Şaban Donat, məşqçilər Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında Azərbaycanı Ziyad Zeynalov (50 kq), Nofəl Babayev (55 kq), Mikayıl Rəhmanov (60 kq), İslambek Dadov (66 kq), Zubair Dibirov (74 kq), İslam Abbasov (84 kq), Nizami Şəmilob (96 kq) və Həmzətxan İsrafilov (120 kq) təmsil edəcək.

Gənc qızların yarışında 4 güləşçi mübarizə aparacaq. Heyətdə Gülcahan Hacıyeva (48 kq), Səbinə Həmzəlzadə (51 kq), Şəbnəm Əhmədova (55 kq) və Elis Manolova (67 kq) yer alıb. Zərif cinsin nümayəndələri 1-2 sentyabrda döşək üzərinə çıxacaq.

Çempionatın son iki günündə böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında Əliabbas Rzazadə (50 kq), Əfqan Xaşalov (55 kq), Mahir Əmiraslanov (60 kq), Orxan Abbasov (66 kq), Murad Süleymanov (74 kq), Hacımurad Məhəmmədsəidov (84 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) və Umar İsrailov (120 kq) yarışacaq.

Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək. 

Son xəbərlər

Orphus sistemi